14 Avqust 08:33
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvadorun cənubunda mədən yaxınlığında qruplaşmanın toqquşması nəticəsində azı 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə polisi sosial şəbəkədə bildirib.

“Çərşənbə axşamı səhər saatlarında Asuay əyalətinin Kamilo-Ponse-Enrikes kantonunda mədəndə mütəşəkkil cinayətkar qrupların üzvləri arasında baş verən qarşıdurma 5 nəfərin ölümünə səbəb olub. Üç nəfər yaralanıb”, – məlumatda deyilir.

Hüquq-mühafizə orqanları hadisədə iştirak edənləri axtarır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər