Tovuzda avtomobillə Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, cəsəd avtomobilin çaya düşdüyü yerdən 3 kilometr məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.