15 Avqust 20:17
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrkutsk vilayətində Baykal gölü ətrafında yerləşən meşəni təsadüfən yandıran şəxs cərimələnib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 18 hektar meşə sahəsi üçün 4,5 milyon rubldan (87 min manat) çox pul ödəyəcək.

Təqsirləndirilən şəxs gecə meşədə tonqal qalamaq istəyərkən ehtiyyatsızlıqdan od quru otlara düşüb. Daha sonra yanğın genişlənərək Marituyski rayon meşə təsərrüfatının ərazisindəki ağaclara keçib.

İrkutsk sakini yanğınla ehtiyatsız davranması nəticəsində meşə plantasiyalarının məhv edilməsində günahını etiraf edib, lakin dəymiş ziyanın miqdarı ilə razılaşmayıb. Buna baxmayaraq, ona 300 min rubl (5748 manat) cərimə ödəmək və 4,2 milyon rubldan (87 min manat) çox məbləğdə dəymiş ziyanı tam ödəmək tapşırılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər