18 Avqust 01:16
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi evinə ziyan vuran ekofəallardan dəymiş ziyanı tələb edir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, məşhur futbolçu “Futuro Vegetal” təşkilatının ekoloji fəallarından 50 min avro (94 min manat) istəyir.

Qeyd edək ki, avqustun 6-da səhər saatlarında Messinin İbizadakı malikanəsi qara və qırmızı boya ilə boyanıb. Fəallar “planetə kömək edin - polisi ləğv edin” sözləri yazılmış əl istehsalı plakatla fotoşəkillər çəkdirib.


Müəllif: Arzu

Oxşar xəbərlər