İsraildə timsah zoopark işçisinə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Times of Israel" xəbər verib.
Xəbərdə deyilir ki, avqustun 18-də Yerusəlimdəki Biblical Zooparkında timsah 45 yaşlı təmizlik işçisinə hücum edib. Hadisədən sonra zooparkın mühafizəçisi timsaha 7 güllə atıb. Bundan sonra timsah təmizlik işçisini buraxıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.