Regionda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Kəlbəcər və Laçın rayonlarına səfər etməyi planlaşdırılar.
Bu barədə “Tvitter” səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.
Qeyd edək ki, həmsədrlərin regiona səfəri sabahdan başlayır. Həmsədrlər Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya) mayın 16-da İrəvana gələcəklər.
Azərbayaycana isə onların mayın 18-də gələcəkləri gözlənilir.