Küçədə gəzən turistə naməlum şəxslər atəş açıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Braziliyada baş verib.
Belə ki, Rio-de-Janeyro şəhərində gəzintiyə çıxan Dominikan Respublikasından olan turist naməlum şəxslərin hücumuna məruz qalıb. Hücum edən şəxslər hadisə yerindən qaçıb.
Hücumdan sonra 33 yaşlı Yohan Lapaix Lourenço xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.