Almaniyanın Dortmund şəhərində 32 yaşlı qadın festivala gedən 5 nəfəri bıçaqlayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumatda deyilir ki, hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı alman vətəndaşı saxlanılıb. Hadisə nəticəsində xəsarət alanlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib. Hadisənin terror aktı olmadığı da qeyd edilib.
Qeyd edək ki, avqustun 23-də Almaniyanın Solingen şəhərində bıçaqlı hücumda 3 nəfər ölüb, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Hücumu törətməkdə şübhəli bilinən Suriya vətəndaşı İsa Əl H. saxlanılıb. Ona qarşı terrorçuluq ittihamı ilə cinayət işi açılıb.