1 Sentyabr 2024 11:20
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, "VAZ-21099" markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.

Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər