10 Fevral 2015 11:37
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikaya səfər edən Müsavat başqanlığına keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsisçisi Qubad İbadoğlu Vaşinqtondan hazırkı başqan Arif Hacılıya cavab verib.

Q. İbadoğlu ABŞ-a nigaran getdiyini deyib: “Bu, mənim ABŞ-a 11-ci səfərimdir. Amma bura heç vaxt indiki qədər nigaran gəlməmişəm. Son 6 ayda ilk dəfə idi ki, 14 saatdan çox internetdən kənarda qalmışdım. Mətbuatı vərəqlədim, Arif Hacılının mənə ünvanlanan şər və böhtan dolu “bizim missiyamız” yazısını oxudum. Sonra tanınmış müsavatçıların mənim partiyadan kənarlaşdırılmağıma etiraz əlaməti olaraq yaydığı müraciətlə tanış oldum. Bir anlığa düşündüm ki, nə yaxşı ədalətsevər müsavatçılar var. Uzaqdan olsa da, onlara mənim haqqımın pozulmasına qarşı obyektiv mövqe ifadə etdiklərinə görə təşəkkür edirəm”.

Qeyd edək ki, dünən bir çox tanınmış müsavatçılar Q. İbadoğlunun partiyadan uzaqlaşdırılmasına etiraz bəyanatı yayıb.


Müəllif: