13:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Tural Qasımov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı onun şəhərin bir neçə küçə və prospektində kanalizasiya quyularının qapaqlarını oğurladığı müəyyənləşib.

Digər əməliyyat zamanı ahıl qadının bank kartından oğurluqda şübhəli bilinən Bakı sakini Səbuhi Zülfüqarov da saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər