00:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, hadisə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində İmişli rayon sakinləri, 1983-cü il təvəllüdlü Elnur Qəhrəmanov və 1986-ci il təvəllüdlü Elçin Kərimov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər