12 Fevral 2015 14:05
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda xaricdən maliyyələşən qərbyönümlü QHT-lərin fəaliyyətinə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, PA-nın şöbə müdiri Ə.Həsənov jurnalistlərə açıqlamasında deyib ki, QHT-lər Qərb və yaxud Şərqyönümlü olaraq bölünməməlidir: “Bəzi QHT-lər sifarişlə işləyir, bizim təsnifat bu şkala üzrə aparılır. Ona görə də onlara yanaşma var. Biz istəyirik ki, onlar şəffaf fəaliyyət göstərsin”.

Ə.Həsənov Azərbaycan prezidenti tərəfindən növbəti əfv fərmanının olub-olmayacağı ilə bağlı da danışıb: "Əfv komissiyasının fəaliyyəti davam edir. İndiyə qədər olduğu kimi bundan sonra da əfv istiqamətində işlər görüləcək".

Nemət


Müəllif: