Şəmkirin Sarıtəpə kəndində gəlin baldızı tərəfindən döyülüb.
Teleqraf.com REAL TV-yə istinadən xəbər verir ki, 3 uşaq anası Manika Sarıyeva xəstəxanaya yerləşdirilib.
Onun yaxınları bildirib ki, M.Sarıyevanı baldızı Svetlana Sarıyeva küt alətlə döyərək müxtəlifdərəcəli xəsarətlər yetirib.
Çəkiliş vaxtı zərərçəkən şəxsin yaxınları S. Sarıyevanın yaşadığı ünvana getsələr də, qapını açan olmayıb.
Məsələ polis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.
Daha ətraflı sujetdə: