Pələng 58 yaşlı çobanı meşədə parçalayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanda baş verib.
Belə ki, Hindistanın Maharaştra əyalətinin rəsmiləri meşədə çobana hücum edən pələngin ovuna başladıqlarını açıqlayıblar.
58 yaşlı Rajkumar Dashrath Khandat meşənin dərinliyindəki gölün yaxınlığında mal-qara otararkən vəhşi heyvan ona hücum edib.
Təzminat olaraq Xandatın ailəsinə bir milyon rupi veriləcəyi vəd edilib. Zərərçəkənin oğluna artıq meşə təsərrüfatında iş təklif olunub.