16 Fevral 2015 17:05
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rauf Əliyev: “Siyasi partiyalar arasında keçirilən görüşlərin böyük əhəmiyyəti var”

“Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla iqtidar və müxalifət partiyalarının nümayəndələri arasında başlanmış dialoq cəmiyyət arasında böyük razılıq hissi ilə qarşılanıb. Cəmiyyətin bütün sahələrini əhatə edən müxtəlif problemlərin bir arada müzakirə edilərək həll edilməsi üçün yolların müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, prezident İlham Əliyev dəfələrlə ölkədə əhalinin sosial rifahının yüksəlməsi, iqtisadi islahatların aparılması ilə yanaşı davamlı olaraq siyasi islahatların da aparılmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən iqtidar və müxalifət partiyaları arasında keçirilən görüşlərin, dialoqların böyük əhəmiyyəti var.

“Görüşdə cənab Əli Həsənov bildirib ki, siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şəraitində işləyən hakimiyyətlər güclü olur. Azərbaycan iqtidarı belə dialoqlara, görüşlərə həmişə hazırdır. Arzu edirik ki, başlanmış dialoqda Azərbaycanın ictimai-siyasi həyatında iştirak edən bütün partiyalar iştirak etsinlər. Belə dialoqlarda, görüşlərdə iştirak etməyən partiyalar bilməlidirlər ki, bu onların öz nüfuzlarına xələl gətirəcək və onlar ölkədəki siyasi proseslərdən geri qalacaqlar. Ancaq qarşılıqlı dialoq, müzakirələr nəticəsində ölkənin ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin optimal həlli yollarını müəyyənləşdirmək olar. İnanırıq ki, bu belə də olacaq”, – deyə R.Əliyev vurğulayıb.

Səxavət


Müəllif: