29 Noyabr 18:27
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı model Luciana Curtis, əri və 11 yaşlı oğlu Braziliyada qaçırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə, Beyonse ilə birlikdə işləmiş, Marie Claire və "Cosmopolitan" jurnallarının üz qabığına çəkilmiş Luciana Curtis San-Pauluda restorandan çıxarkən fotoqraf əri Enrike Gendre və 11 yaşlı uşağı ilə birlikdə girov götürülüb. Silahlı soyğunçular cütlüyü 12 saata yaxın pusquda saxlayıb, avtomobili oğurlayıb və onları azad etməzdən əvvəl bank hesablarından pul götürüblər.

Ailənin böyük övladı noyabrın 28-də qaçırılan anası, atası və qardaşının evə gəlmədiyini gördükdən sonra polisə müraciət edib. Luciana Curtis, əri və kiçik uşağı polis onları axtarmağa başlayanda qaçıranlar tərəfindən sərbəst buraxılıb. Hüquq-mühafizə orqanları kömək üçün yerli sakinlərə müraciət edib, bundan sonra cütlük təhlükəsiz yerə aparılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər