17 Fevral 2015 15:34
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Konstitusiya Məhkəməsi və Avropa Şurasının Venesiya Komissiyası (AŞ VK) əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə edəcəklər.

Teleqraf.com-un məlumatına görə, bu barədə Venesiya Komissiyasının saytında yerləşdirilmiş məlumatda bildirilib.

Məlumatda deyilir ki, bu il sentyabrın 25-də Avropa Şurası Venesiya Komissiyası və Azərbaycanın Konstitusiya Məhkəməsi Bakıda “Konstitusiya hüquqlarının müdafiəsi və fərdi şikayətlər əsasında azadlıq” mövzusunda birgə konfrans təşkil edəcək. Konfrans Azərbaycanın Konstitusiya Məhkəməsinin 20 illiyinə həsr olunacaq.

Qeyd edək ki, Venesiya Komissiyası 1990-cı ildə Avropa Şurası yanında yaradılmış konstitusiya hüquqları üzrə məsləhət orqanıdır. 2002-ci ildən Avropa Şurasına daxil olmayan ölkələr də komissiyanın işində iştirak edə bilərlər.

Səxavət


Müəllif: