15 May 2014 17:05
2 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vidadi Mirkamal: “Elçibəy Mütəllibov tipli prezident olmayıb”

“Hesab edirəm ki, Ağabəy Əsgərov böyük səhv və günah edib. Hər bir insan düşündüyünü ictimaiyyətə açıqlamalı deyil. Həm də Ağabəy Əsgərov köhnə jurnalistdir və böyük bir müəssisəyə rəhbərlik edir.
Odur ki, mən onun Əbülfəz Elçibəylə bağlı dediklərini pis qarşılayıram”.

Bunu Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamal deyil.

V. Mirkamal daha sonra xatırladıb ki, ölkədə “Sabiq prezidentlər haqqında” qanun var və bu qanun Elçibəyi sabiq prezident kimi müdafiə edir: “Ancaq Ağabəy Əsgərov həm də bu açıqlaması ilə Elçibəy yolunda olan partiyaları və siyasətçiləri təhqir edib. Hesab edirəm ki, Elçibəyin davamçıları bu məsələni məhkəmə müstəvisinə qədər qaldırmalıdır. Çünki burada söhbət eks-prezidentin şərəf və ləyaqətindən gedir. İkincisi, Elçibəy Mütəllibov tipli prezident olmayıb. Əbülfəz Elçibəy yol yaradan, ölkənin istiqlalı üçün əlindən gələni edən bir şəxsiyyət olub. Hazırda müxalifət partiyalarının bir çoxu özünü bu yolun davamçısı elan edib. Odur ki, bu məsələni məhkəmə müstəvisində qaldırmaq lazımdır”.

Xatırladaq ki, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov ötən gün mətbuata verdiyi müsahibə zamanı bəyan edib ki, “ölkənin ən böyük işsiz-gücsüz avarası baş cəbhəçi Əbülfəz Əliyev idi”.

Nemət


Müəllif: