15 May 2014 17:15
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin iclasında iştirak etmək üçün Parisdə gedib.

Teleqraf.com-un xəbərinə görə, iclas bu gün başlayıb və mayın 18-nə qədər davam edəcək.

İclasda Gürcüstan və Albaniya tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Ukrayna və Rusiyadakı son siyasi hadisələr, Makedoniya ilə monitorinq sonrası dialoq, AŞPA-nın monitorinq prosedurunun təkmilləşdirilməsi perspektivləri və digər mövzularda müzakirələr aparılacaq.

Nemət


Müəllif: