9 Dekabr 2024 00:32
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə rayonunun ucqar Şərif kəndində ev yanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyi Balakən Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Bildirilir ki, ümumi sahəsi 140 kvadratmetr olan dördotaqlı ev kənd sakini Heybulla Süleymanova məxsusdur.

Həyata keçirilən təcili tədbirlər nəticəsində mənzilin iki otağı və eyvan yanğından mühafizə olunub. Digər iki otaq və çardaq yanaraq yararsız vəziyyətə düşüb .

Hadisəyə evdə istifadə olunan odun sobasının səbəb olduğu ehtimal edilir.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin daha dəqiq təfərrüatları araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər