9 Dekabr 2024 12:54
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində bir qadının pulqabısı oğurlanıb.

Teleqraf.com xəbər verir ki, polisə müraciət edən qadın 9-cu mikrorayon ərazisində içərisində 7000 manatı, bank kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 35 yaşlı S.Atakişiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər