
Füzuli rayonunun Horadiz qəsəbəsində yol qəzasına düşən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) iki əməkdaşının son durumları açıqlanıb.
Teleqraf.com-un yerli bürosunun məlumatına görə, yaralılar Gəncə şəhərindəki Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriliblər.
Klinikadan bildirilib ki, yaralılardan 24 yaşlı Ramiz Bəylərzadə və 34 yaşlı Mustafa Qasımovun durumu ağırdır. Hər iki şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza zamanı 1995-ci il təvəllüdlü Qəhrəmanov Samir Salman oğlu da xəsarət alıb. Həmin şəxsin vəziyyəti kafidir.