Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
FHN-dən Teleqraf.com-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 2008-ci il təvəllüdlü Rəşad Məmmədli dalğıclar tərəfindən xilas edilib.