11:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda şirkətin pulu mənimsənilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.

Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15700 manat pulun mənimsənilməsi müəyyən edilib.

Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər