Astananın mərkəzində yaşayış kompleksləri və inzibati binalar kabel oğurluğu səbəbindən bir neçə saat işıqsız qalıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Astana REC" elektrik paylayıcı şirkətinin mətbuat xidməti məlumat yayıb.
Astana REC-in məlumatına görə, buna səbəb kabel xəttinin oğurlanması olub. Hazırda ərazidə dörd əməliyyat qrupu keçidləri həyata keçirir. 11 yaşayış kompleksi, eləcə də Qazaxıstan Xarici İşlər Nazirliyinin binası işıqsız qalıb .