13:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC-nin əməkdaşı dünyasını dəyişib.

Teleqraf.com QSC-yə istinadla xəbər verir ki, səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb.

Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər