Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşərək ağır xəsarət alan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 34 yaşlı Mustafa Qasımov bu gün vəfat edib.
Gəncə şəhər Mərkəzi Kilinikanadan Teleqraf.com-un yerli bürosuna verilən məlumata görə, M. Qasımov axşam saatlarında həyatını itirib.
Qeyd edək ki, hadisə nəticəsində eyni zamanda Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Qəhrəmanov Salman, 2000-ci il təvəllüdlü Bəylərzadə Ramiz müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikaya yerləşdirilib. B. Ramizin vəziyyəti ağır qiymətləndirilir.
Vətən müharibəsi qazisi olan M.Qasımov doğulduğu Füzuli rayonu Qazaxlar kəndində dəfn olunub.