Goranboy rayonunda məskunlaşmış Xocalı sakinləri dəm qazından boğularaq ölüb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə səhər saatlarında rayonun Aşağı Ağcakənd kəndində qeydə alınıb.
Xocalı rayon sakinləri 1972-ci il təvəllüdlü Səlimova Xumar Bahadur qızı və 1979-cu il təvəllüdlü Səlimova Sevil Seydi qızı dəm qazından zəhərlənərək vəfat edib. Onların dəm qazından boğularaq ölməsi ehtimal olunur.
Məlumata görə, Sevil Səlimova və Xumar Səlimova əmiqızıdırlar. S. Səlimova qohumunun evinə qonaq gəlib.
Hadisə yerinə hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.