15 May 2014 18:30
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciə ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə baş çəkib.

Teleqraf.com bildirir ki, səfir İsmail Alper Coşkuna başsağlığı verən millət vəkili, çox sayda insanın həyatını itirməsi və xəsarət alması xəbərindən sarsıldığını, bu faciə ilə bağlı Türkiyənin kədərini bölüşdüyünü ifadə edib.

Səfirdən baş sağlığı diləklərini Türkiyənin prezidentinə, baş nazirinə, faciədə həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına çatdırmağı rica edib.

Nemət


Müəllif: