24 Dekabr 19:12
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zəhərlənən tələbələr bu gün evlərinə buraxılacaqlar."

Bu barədə Teleqraf.com-un yerli bürosuna Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nicat Göyüşov bildirib.

Onun sözlərinə görə, tələbələrin səhhəti ev şəraitində də nəzarətdə saxlanılacaq.

***

18:56

Tovuz Dövlət Peşə Təhsil Mərkəzində təhsil alanların vəziyyəti qənaətbəxşdir.

Bu barədə Teleqraf.com-un yerli bürosuna növbətçi həkim Almaz Əsədova bildirib.

"Bu gün xəstəxanamıza 8 nəfər tələbə gətirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olsa da, hələ də həkim nəzarəti altında saxlanılırlar"

***

17:36

Tovuz Dövlət Peşə Təhsil Mərkəzində zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, təxminən 10-a yaxın tələbə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən saytımıza verilən məlumata görə, bu gün təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq yeyiblər. Yarım saat sonra tələbələrdən birinin halı pisləşib, liseyin işçiləri dərhal təcili yardım çağırıblar.

Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib.

Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib.

Hazırda vəziyyətləri qənaətbəxşdir. Təhlükə sovuşub.

Qeyd edək ki, 21 dekabr tarixində Tovuz rayonunda daha bir zəhərlənmə faktı qeydə alınmışdı. Belə ki, rayonun Aşağı Quşçu kəndinin 1 nömrəli tam orta məktəbində 71 nəfər tüstüdən zəhərlənmişdi


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər