25 Dekabr 21:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 xüsusi təyinatlı təyyarəsi daha əvvəl Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğradığı Qazaxıstanın Aktau şəhərinə eniş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Gazeta.ru" xəbər saytı məlumat yayıb.

Təyyarədə təcili psixoloji yardım mərkəzinin psixoloqları və Rusiya Səhiyyə Nazirliyinin bir qrup mütəxəssisi var.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.


Müəllif: Arzu

Oxşar xəbərlər