25 Dekabr 22:50
276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təyyarə istehsal edən "Embraer" şirkəti Qazaxıstanın Aktau yaxınlığında "Embraer 190" təyyarəsinin qəzaya uğraması ilə bağlı səlahiyyətli orqanlarla əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.

“Bu hadisədən zərər çəkmiş şəxslərin ailələrinə, dostlarına, iş yoldaşlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz vəziyyəti izləyirik və səlahiyyətli orqanlara dəstək verməyə tamamilə hazırıq”, - bəyanatda deyilir.


Müəllif: Arzu

Oxşar xəbərlər