Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker Vüqar Zeynalzadə (Vaqa) və Nuh Məmmədov həbs edilib.
Teleqraf.com xəbər verir ki, əvvəllər inzibati qaydada həbs edilmiş tiktokerlər bu dəfə cinayət məsuliyyətində cəlb ediliblər.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Vaqa” və Nuh barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır. Ötən gün aparıcı Azər Zahid barəsində də cinayət ittihamı ilə həbs qərarı verilib.