Cənubi Koreyanın Muan şəhərində təyyarəsi qəzaya uğrayan "Jeju Air" hadisəyə görə üzr istəyib.
Teleqraf.com "Yonhap agentliyinə" istinadən xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.
“Biz bu qəzanın nəticələrini aradan qaldırmaq üçün əlimizdən gələni edirik və yaranmış narahatlığa görə üzr istəyirik”, – şirkətdən bildiriblər.
"Jeju Air" də fəlakətin səbəbini müəyyən etmək üçün çalışdıqlarını qeyd edib.
Qeyd edək ki, dekabrın 29-da "Jeju Air" şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Banqkokdan gedərkən Muan Beynəlxalq Hava Limanında (Cənubi Koreya) qəzaya uğrayıb . İlkin məlumata görə, təyyarədə olan 181 nəfərin demək olar ki, hamısı həlak olub.