31 Dekabr 2024 00:24
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda Marneuli-Bolnisi yolunda iki azərbaycanlı yeniyetmənin ölümü ilə nəticələnən qəzanı törətmiş 21 yaşlı sürücü saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, həmin şəxs idarə etdiyi avtomobildə 4 sərnişinlə yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 yeniyetmə piyada ölüb, onlardan biri hadisə yerində, digəri isə tibb müəssisəsində dünyasını dəyişib.
Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsi (yol hərəkətinin təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarının pozulması) üzrə istintaq aparılır.

Qeyd edək ki, qəza soydaşlarımızın yaşadığı Bolnisinin Naxiduri (Arıxlı) kəndi yaxınlığında baş verib. Hadisə nəticəsində həyatlarını itirən azərbaycanlı yeniyetmələrin həmin kəndin sakinləri olduğu bildirilir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər