Ötən il təyyarə qəzalarında həlak olan şəxslərin sayı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Aviasiya Assosiasiyası hesabat dərc edib.
Məlumatın statistikası ən azı 14 sərnişin tutumu olan təyyarələrin iştirakı ilə aparılıb.
Vurğulanıb ki, təyyarə qəzaları nəticəsində ümumilikdə 334 nəfər həlak olub.
Xatırldaq ki, ötən il dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.
Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.