Bakıda polisin tapıdığı 10 min manat pul sahibinə qaytarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, pulu itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb. Həmin pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub.
20:37
Bu gün axşam saatlarında Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10 min manat pul tapıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyeva məlumat verib.
"Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər", deyə məlumatda qeyd olunur.