Bu gün saat 21:30 radəlırində Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.
Metropolitendən Teleqraf.com-a daxil olan məlumata görə, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.
Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, sərnişinlər qatardan düşürülüb, təmas relsindən yüksək gərginlik ayrılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. İlkin tibbi yardım göstərildikdən sonra sərnişin xəstəxanaya aparılıb.
Hadisə nəticəsində hərəkət cədvəlində 17 dəqiqə gecikmə yaranıb.
Qatar elektrik deposuna yola salınıb.
Müvafiq araşdırmalar aparılır.
Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.