Şirvan şəhərində silah-sursatın aşkar olunması ilə bağlı polis tədbirlər görür.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Şirvan şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 7 dəfə məhkum olunmuş Pünhan Tağıyevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə adıçəkilən şəxs saxlanılıb və ondan 1 ədəd “Mauser” markalı odlu silah götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə P.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.