"Avropa İttifaqı (Aİ) Ermənistanın üzvlük prosesinə başlaması ilə bağlı təsdiq etdiyi qanun layihəsinin təhlilini aparacaq və məsələni hakimiyyətlə müzakirə edəcək".
Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə baş sözçüsü Anitta Hipper "Armenpress"ə açıqlamasında deyib.
O qeyd edib ki, Aİ-Ermənistan münasibətləri heç vaxt indiki qədər yaxşı olmayıb.
Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə daxil olma prosesinə başlandığını elan edib.