Gəncə şəhərində bıcaqlanma hadisəsi baş verib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə şəhərin əsasən Kəlbəcər rayonundan məcburi köçkün düşən sakinlərin kompakt yaşadığı Yeni Qəsəbə ərazisində baş verib.
Ağdam rayon sakini 39 yaşlı Pərviz Qasımov Kəlbəcər rayon sakinini bıçaqlayıb.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Vəziyyəti orta ağırdır. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.
Hadisəni törədən şəxsin avtomobil ustası olduğu bildirilir.