Qazaxıstanın Almatı şəhərində Qazax-Britaniya Universitetinin binası yanır.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İlkin məlumatlara görə, Tole Bi küçəsində yerləşən binanın 4-cü mərtəbəsindəki otaqlardan birinin tavanında yanğın baş verib.
Yanğının söndürülməsinə Respublika Fövqəladə Hallar Nazirliyinin 59 nəfər mütəxəssisi, Fövqəladə Hallar Departamentinin 16 ədəd texnikası, o cümlədən qaz və tüstüdən mühafizə xidmətinin dörd bölməsi cəlb olunub.
Bildirilir ki, yanğın lokallaşdırılıb.