13 Yanvar 20:26
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 15 yaşlı qız dövlət idarəsinin ayaqyolunda körpə dünyaya gətirib.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Balıkəsir şəhərində baş verib.

Məlumata görə, azyaşlıq ana körpəsini ayaqyolunda qoyaraq gedib. Təhlükəsizlik kameralarına baxdıqdan sonra qadının kimliyini müəyyənləşdirmək mümkün olub.

15 yaşlı məktəbli və onun valideynləri polis tərəfindən saxlanılıblar.

Xəstəxanaya yerləşdirilən körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.


Müəllif: Arzu

Oxşar xəbərlər