00:18
240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sambo və cüdo üzrə beynəlxalq dərəcəli idman ustası Olqa Baranova 33 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Cüdo Federasiyası məlumat yayıb.

“Bu gün Torjok şəhərindən olan, məşhur cüdoçu və istedadlı idmançı Olqa Baranova qəflətən dünyasını dəyişdi. Fəaliyyət göstərdiyi illər ərzində Olqa Tver idman tarixində silinməz iz qoyub”, - məlumatda deyilir.

Baranova cüdo və sambo üzrə ölkə çempionatlarında mühüm uğur qazanıb. O, səkkiz il Rusiya komandalarında çıxış edib, iki dəfə ölkə çempionatlarında mükafatlar qazanıb və 2014-cü ildə Bolqarıstanın Burqas şəhərində 68 kq çəki dərəcəsində sambo üzrə Dünya Kubokunun qalibi olub.


Müəllif: Arzu

Oxşar xəbərlər