17:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində daha bir tələbə sirkə turşusundan zəhərlənib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, 2007-ci il təvəllüdülü Kamilli Məmməd Qabil oğlu Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.

İlkin məlumata görə, adıçəkilən şəxs dəqiqləşdirilməmiş sirkə turşusundan zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir. M.Kamilli Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsidir

Qeyd edək ki, bu gün Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxanaya yerləşdirilib. O, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər