16:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Toplum TV işi" üzrə cinayət işinin istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işinin materialları tanış olmaq üçün təqsirləndirilən şəxslərə və onların vəkillərinə təqdim olunub.

Tanışlıq mərhələsi başa çatdıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

***

16:21

"Toplum TV işi" üzrə ötən ilin martında polis nəzarətinə verilmiş Fərid İsmayilov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Fərid İsmayilov Xətai Rayon Məhkəməsinə aparılıb.

Onun barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Qeyd edək ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədli həbs edilib.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə bu iş üzrə saxlanılan şəxsin barəsində olan həbs müddəti 3 ay, 6 aprel 2025 tarixinədək uzadılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər