10:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda dəyəri 7 min manat olan internet xətləri kəsilərək naməlum şəraitdə oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Teyfur Həsənov, Rəfi Cabbarov və Vahid Kərimov saxlanılıblar. Onlar oğurladıqları naqilləri mis halında əlvan metal qəbulu məntəqələrinə satdıblar. Araşdırmalarla saxlanılanların rayon ərazisində iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.

Keçirilən digər tədbir zamanı isə müştəri qismində mağazalara daxil olaraq oradan oğurluq edən, əvvəllər məhkum olunmuş Elvin Zamanlı da saxlanılıb. Onun ətraf rayonlarda da marketlərdən oğurluq etdiyi məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər