25 Yanvar 12:35
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41 min dollar və 5720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər