Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektinə qeydə alınıb.
Samux rayon sakini olan 18 yaşlı F. Rəhimovanı yolu keçmək istəyərkən avtomobil vurub. Xəstəxanaya çatdırılan xanımın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.